Xəbərlər
Bütün xəbərlər məhsullar
Təhlükəsiz əmək mühiti hər bir müəssisənin dayanıqlı inkişafının əsas şərtlərindən biridir.
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində N1 Çörək Zavodunda əməyin mühafizəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi əməkdaşlarımız arasında əməyin mühafizəsi qaydalarına diqqətin artırılması, təhlükəsiz iş mühitinin əhəmiyyətinin vurğulanması və bu sahədə maarifləndirmənin gücləndirilməsi olmuşdur.
Tədbir çərçivəsində əməyin mühafizəsi sahəsində fərqlənən əməkdaşlarımıza təşəkkürnamələr təqdim olunmuşdur.
N1 Çörək Zavodu olaraq inanırıq ki, təhlükəsiz əmək mühiti hər bir uğurlu fəaliyyətin əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər davamlı xarakter daşıyır və hər bir əməkdaşımızın sağlamlığı bizim üçün prioritetdir.
06.05.26