24 nömrəli məktəbin şagirdləri üçün infotur təşkil olunub

24 nömrəli məktəbin şagirdləri üçün istehsalat müəssisəsinə infotur təşkil edilib. Səfər çərçivəsində şagirdlər müəssisənin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

24 nömrəli məktəbin şagirdləri üçün istehsalat müəssisəsinə infotur təşkil edilib. Səfər çərçivəsində şagirdlər müəssisənin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

 

İnfotur zamanı iştirakçılara çörək istehsalının müasir texnoloji mərhələləri təqdim olunub, xüsusilə əl dəymədən, tam gigiyenik şəraitdə həyata keçirilən istehsal prosesi böyük maraqla qarşılanıb. Şagirdlər xammalın qəbulundan başlayaraq məhsulun hazır vəziyyətə gətirilməsinə qədər olan mərhələləri izləyib, avtomatlaşdırılmış avadanlıqların iş prinsipi barədə məlumat əldə ediblər.

 

Ekskursiya zamanı şagirdlərə qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və müasir istehsal texnologiyalarının tətbiqi barədə də ətraflı məlumat verilib. İnfotur şagirdlərin həm maariflənməsinə, həm də istehsal prosesini yaxından müşahidə etməsinə töhfə verib.