115 nömrəli məktəbin şagirdləri N1 Çörək Zavodunda infoturda iştirak edib


N1 Çörək Zavodunda maarifləndirici infoturlar davam edir. Bu dəfə 115 nömrəli məktəbin şagirdləri müəssisəmizin qonağı olublar.

 

İnfotur çərçivəsində məktəblilər çörək istehsalının bütün mərhələləri ilə yaxından tanış olub, müasir texnoloji avadanlıqların iş prinsipi haqqında məlumat əldə ediblər. Şagirdlər istehsal prosesini canlı izləyərək böyük maraq göstəriblər.

 

Tədbirin əsas məqsədi gənc nəslə qida istehsalı sahəsini tanıtmaq, onlarda bu sahəyə maraq yaratmaq və sağlam, keyfiyyətli məhsulun hazırlanma prosesi barədə məlumatlandırmanı artırmaqdır.

 

N1 Çörək Zavodu olaraq sosial məsuliyyət layihələrimizi davam etdirir, gələcək nəsillərin maarifləndirilməsinə töhfə verməyi önəmli hesab edirik.

 

İnfoturun sonunda şagirdlərlə xatirə şəkilləri çəkilib və tədbir xoş təəssüratlarla başa çatıb.