189 nömrəli məktəbin şagirdləri N1 Çörək Zavodunun qonağı olub


N1 Çörək Zavodunda təşkil olunan infoturlar çərçivəsində 189 nömrəli məktəbin şagirdləri müəssisəyə ekskursiya ediblər.

Şagirdlər infotur zamanı çörəyin hazırlanma mərhələləri, istifadə olunan xammal və istehsalda tətbiq edilən müasir texnologiyalarla tanış olublar. Onlar istehsal sahəsini gəzərək prosesi yaxından izləmək imkanı əldə ediblər.

Bu cür maarifləndirici səfərlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, həmçinin istehsal sahələrinə marağın artmasına töhfə verir.

N1 Çörək Zavodu olaraq sosial məsuliyyət layihələrimizi davam etdirir, gələcək nəsillərin maarifləndirilməsinə töhfə verməyi önəmli hesab edirik.

Sonda məktəblilər üçün xatirə şəkilləri çəkilib və infotur yüksək əhval-ruhiyyə ilə yekunlaşıb.