"Eywapro" və "Xəzri TN" MMC arasında əməkdaşlıq görüşü keçirilib


05 fevral 2026-cı il tarixində çörəkçilik və un məmulatları sahəsində fəaliyyət göstərən "Eywapro" və "Xəzri TN" MMC şirkətləri arasında işgüzar görüş baş tutub.

Görüşün əsas məqsədi mövcud əməkdaşlığın genişləndirilməsi və Azərbaycan bazarı üçün yeni çörək çeşidlərinin artırılması istiqamətində imkanların müzakirəsi olub. Tərəflər istehlakçı tələblərinə uyğun, innovativ və keyfiyyət göstəriciləri yüksək olan çörək məhsullarının istehsalı üzrə potensial layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı xammal keyfiyyəti, texnoloji həllər, reseptura imkanları və yeni məhsul konseptləri diqqət mərkəzində saxlanılıb. Xüsusilə funksional və əlavə dəyər yaradan çörək növlərinin istehsalı perspektivləri vurğulanıb.

Tərəflər görüşü müsbət və konstruktiv qiymətləndirərək, qarşıdakı dövrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.