Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün daha bir təqaüd təsis edildi

Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələri üçün "Xəzri TN" MMC təqaüdü təsis edilib. Xüsusi təqaüd ATU ilə "Xəzri TN" MMC arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində təsis edilib. Təqaüdün təsis edilməsinə dair müqavilə Azərbaycan Texnologiya Universitetində rektor Yaşar Ömərov Azərbaycan ilə "Xəzri TN" MMC-nin direktoru İlkin Şabanov tərəfindən imzalanıb.

Sənədə əsasən təqaüd yeni tədris ilindən Qida mühəndisliyi fakültəsinin qida mühəndisliyi, şərabçılıq və ekologiya mühəndisliyi ixtisasları üzrə əyani təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək.

Xatırladaq ki, ATU ilə "Xəzri TN" arasında ötən ilin iyulundan sənaye əlaqələri qurularaq aktiv əməkdaşlığa başlanıb.