ADSNU və MSU Malaysia professor heyyəti ilə №1 Çörək Zavodunda görüş

01.12.2023 tarixində imzalanmış memorandum çərçivəsində №1 Çörək Zavodu rəhbər heyyəti İlkin Şabanov və Ramin Qasımov ilə ADSNU və MSU Malaysia professor, müəllim heyəti ilə maraqlı müzakirələr aparıldı. Malayziya "Management and Science University"dən dəvət olunan ChM. Eva Tan Lee Yin ilə birlikdə 2024-2025 ci illər üçün nəzərdə tutulmuş yeni layihələr müzakirə edildi və bu layihələrdə elmi əməkdaşlıq ilə bağlı razılaşmalar əldə olundu.